
İyulun 11-dən Ankaranın Qızılcahamam bölgəsində hazırlıq keçən Bakının "İnter" klubu qaldığı "Çam" oteldə Türkiyənin "Elazığspor" komandası ilə birgə yemək yeyib.
Qaynarinfo.az xəbər verir ki, gündə 2 məşq keçən hər 2 komanda "Çam" otelin hovuzbaşında "Volesports" şirkətinin təşkilatçılığı ilə birgə axşam yeməyində iştirak ediblər.
"Elazığspor" və "İnter" klublarının rəhbərliyi, məşqçi heyəti və futbolçuları birgə yemək yeməyin ləzzətini çıxardıb.
Qeyd edək ki, iyulun 22-də bu 2 komanda bir-biri ilə yoxlama oyunu keçirəcək. "İnter"in Türkiyə I dəstə klubu ilə oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qaynarinfo.az