Video 13:22 06.03.2024

Azərbaycan və Türkiyə müdafiə nazirləri Ankarada görüşdü (VİDEO)

Ankrada Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov arasında görüş olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Y.Gülər həmkarını rəsmi mərasimlə qarşılayıb.

Daha sonra iki nazir arasında görüş olub.

Qeyd edək ki, Z.Həsənov martın 6-da Türkiyəyə rəsmi səfərə gedib.