Xəbər lenti

Azərbaycan velosipedçisi Türkiyədə ilk "10-luğ"a düşdü
İdman17:45 03.03.2022

Azərbaycan velosipedçisi Türkiyədə ilk "10-luğ"a düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə gənclər arasında Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Manavgat Side Junior” yarışı start götürüb.
Qaynarinfo  xəbər verir ki, 10 ölkədən 16 komandanın tərkibində 86 velosipedçinin mübarizə apardığı turnirin 1-ci günündə iştirakçılar fərdi ötüşmə növündə bacarıqlarını nümayiş etdiriblər.
Yarışda iştirak edən Azərbaycanın gənclər yığmasının lideri Kamran Mirzəxanov 6,3 km məsafəni 8 dəqiqə 36 saniyəyə qət etməklə ilk mərhələni 9-cu sırada başa vurub. O, birinci yarış gününün qalibi, Belçikanın "Cannibal" klubunun ABŞ-dan olan üzvü Artyom Şmitdən 31 saniyə geri qalıb.
İkinci yarış günündə velosipedçilər 107 km məsafəyə qrup ötüşməsində mübarizə aparacaqlar.