Xəbər lenti

Azərbaycan vətəndaşı Monteneqroda bank rəhbəri oldu
Ekonomiks07:44 24.03.2017

Azərbaycan vətəndaşı Monteneqroda bank rəhbəri oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kamran Məmmədov "Nova Banka AD Podgorica"nın baş icraçı direktoru təyin olunub. O, ötən il Monteneqronun maliyyə xidmətləri bazarına daxil olmuş bu Azərbaycan kapitallı bankda Miodraq Radonyiçi əvəzləyib.
"Qaynar" fins.az-a istinadən xəbər verir ki, Nikola Marinoviç risklər və maliyyə məsələləri üzrə direktor təyin edilib. Ondan öncə bu vəzifəni Kamran Məmmədov daşıyırdı.
Qeyd edək ki, K. Məmmədovun "AtaBank" və "Kapital Bank" ASC-lərdə 15 illik iş təcrübəsi var.
Qaynar.Az