Xəbər lenti

Azərbaycan vətəndaşları Türkiyədə şəxsiyyət vəsiqəsi ala biləcək
Ölkə17:43 15.02.2019

Azərbaycan vətəndaşları Türkiyədə şəxsiyyət vəsiqəsi ala biləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə yaşayan Azərbaycan vətəndaşları "ASAN Xidmət” vasitəsilə şəxsiyyət vəsiqələri ala bilər.
Qaynarinfo-nun məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Komitə ilə "ASAN xidmət” arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimində çıxış edərkən deyib.
F.Muradov bildirib ki, hazırda Türkiyədə yaşayan və müxtəlif sənədlərin alınmasına ehtiyacı olan Azərbaycan vətəndaşlarının sayı müəyyənləşdirilir.
Sənədlərin və şəxsiyyət vəsiqələrinin verilməsi üçün "ASAN Xidmət”in səyyar resurslarından istifadə olunacaq. (Trend)