Xəbər lenti

Azərbaycan vətəndaşlığından imtina etdi, ermənilərin klubuna keçdi - ŞOK
İdman12:37 29.02.2016

Azərbaycan vətəndaşlığından imtina etdi, ermənilərin klubuna keçdi - ŞOK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Millimizin sabiq futbolçusu Abdulla Abatsiyev Bakı "İnter"indən ayrıldıqdan sonra özünə klub tapıb.

Qaynar.info xəbər verir ki, 3 gün əvvəl Rusiyanın Armavir şəhərini təmsil edən "Torpedo" klubu onu heyətinə qatdığını açıqlayıb.

22 yaşlı futbolçu fevralın 23-dən isə yeni klubu ilə Ermənistanın paytaxtı İrəvandadır. Çünki Valeri Karpinin baş məşqçisi olduğu "Torpedo" Cənubi Qafqazın böyük futbol mərkəzlərindən sayılan bazada təlim-məşq toplanışı keçir.

Rusiyanın I dəstə təmsilçisi 2 gün əvvəl isə Ermənistanın "Banants" komandası ilə yanvarda Soçidə keçirdiyi görüşə (1:1) revanş olaraq təkrar yoxlama oyunu keçirib. Bu dəfə ermənilər qalib gəlib - 1:0. Abatsiyev son 20 dəqiqədə meydanda olub.

Qeyd edək ki, dayaq yarımmüdafiəçisi olan Abdulla Abatsiyev Vladiqafqazda doğulmuş şimali osetiyalı futbolçudur. AFFA onu azərbaycanlı adı ilə 2009-cu ildə milliləşdirib və bütün yığma komandalarımızda çıxış edib. Onun Azərbaycana gəlişi isə AFFA-nın baş katibi Elxan Məmmədovun klubu kimi tanınan 2011-ci ildə "Sumqayıt"da oynaması ilə başlayıb. Burda özünü göstərən Abatsiyev 2012-2015-ci illər ərzində "İnter"də çıxış edib. Abatsiyev qışda "İnter"dən öz həyat yoldaşının Rusiyada işləməsi üzündən ayrılıb və Azərbaycan vətəndaşlığından imtina etdiyini açıqlayıb.

Maraq üçün onu da qeyd edək ki, autsayder olan I dəstə klubu Armavir şəhərində doğulmuş erməni əsilli Ukrayna milyarderi, "Kuban" klubunun Direktorlar Şurasının sədri Oleq Mkrtçana məxsusdur. Bu komandanın baş direktoru isə Rusiya ermənisi Suren Mkrtçyandır. Kim bilir, bəlkə də bu ermənilər onu dekabrda Bakıdan ayrılarkən Azərbaycan pasportundan imtina etməyə vadar edibmiş...

Qaynar.info