Xəbər lenti

Azərbaycan yığması Ermənistanı məğlub etdi
İdman16:53 27.07.2022

Azərbaycan yığması Ermənistanı məğlub etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının C liqasında növbəti oyununu keçirib.
Qaynarinfo-nun məlumatına görə, Tahir Baxşiyevin rəhbərlik etdiyi yığma San Marinoda keçirilən yarışda Ermənistanla üz-üzə gəlib.
Bununla da komandamız ardıcıl 3-cü qələbəsini qazanaraq, 6 xalla qrup liderliyinə yüksəlib. Təmsilçimiz Ermənistan yığmasından öncə Lüksemburqa (75:71) və Cəbəllütariqə (115:60)qalib gəlib.
Qeyd edək ki, milli qrupdakı növbəti matçını Moldova komandasına qarşı keçirəcək. Oyun iyulun 28-də Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.