Xəbər lenti

Azərbaycan yığmaları dünya reytinqində mövqeyini qoruyub
İdman10:31 19.04.2020

Azərbaycan yığmaları dünya reytinqində mövqeyini qoruyub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Beynəlxalq Voleybol Federasiyası (FİVB) milli komandaların reytinq siyahısını açıqlayıb. 
Qaynarinfo xəbər verir ki, qadın voleybolçulardan ibarət Azərbaycan yığması 127 xalla dünyanın 26-cı komandasıdır. 
Millimizin iki həftə əvvəl açıqlanan son cədvəldəki mövqeyi dəyişməz qalıb. Yığmamız 25-ci sıradakı Xorvatiyadan 4 xal geri qalır. Voleybolçularımız 27-ci olan Meksikanı 1 xal qabaqlayır. 
Siyahının ilk üç pilləsində isə Çin (391), ABŞ (382) və Braziliya (328) qərarlaşıb. 
Kişilərdən ibarət Azərbaycan millisinin də mövqeyi toxunulmaz qalıb. Yığmamız 101 xalla 58-ci sırada yer alıb. Voleybolçularımız 57-ci olan İsraildən 4 xal geri qalır, 59-cu pillədəki Pakistanı 1 xal qabaqlayır. Cədvəlin ilk 3 pilləsində Braziliya (427), Polşa (384) və ABŞ (365) möhkəmlənib.