Xəbər lenti

Azərbaycan yığması ilk qələbəsini qazanıb
İdman18:46 06.09.2019

Azərbaycan yığması ilk qələbəsini qazanıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.
Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, milli komanda AVRO-2021-in seçmə mərhələsində ilk ev matçına çıxıb.
Yığma "Dalğa Arena”da Slovakiyanı qəbul edib. Tsiklə Lixtenşteyndəki 0:1 hesablı məğlubiyyətlə başlayan komandamız ilk qələbəsini doğma azarkeşləri önündə qazanıb.
Milan Obradoviçin yetirmələri Barış Ekincierin dublu sayəsində üç xal əldə edib.  Milliləşən legioner öncə 7-ci dəqiqədə slovakiyalıları məyus edib. Final fitinə 8 dəqiqə qalmış bərabərlik qolunu buraxan futbolçularımız uzatma dəqiqələrində azarkeşlərini sevindiriblər. Bu dəfə də B.Ekincier fərqlənib – 2:1. Beləliklə, yığma tsikldə ilk qələbəsini əldə edib. Bu, həm də M.Obradoviçin millimizdə ilk rəsmi qələbəsi olub.
Qeyd edək ki, yığmamız sentyabrın 10-da Gürcüstanla görüşəcək. Oyun "Dalğa Arena”da baş tutacaq.
AVRO-2021-in seçmə mərhələsi
2-ci qrup
6 sentyabr
20:30. Azərbaycan – Slovakiya – 2:1
Qollar: Barış Ekincier, 7, 90+3 – Lübomir Tupta, 82
Baş hakim: Deyan Yakimovski (Şimali Makedoniya)
Bakı. "Dalğa Arena” stadionu
1
Gürcüstan
1
1
0
0
4-0
3
2
Lixtenşteyn
2
1
0
1
1-4
3
3
Azərbaycan
2
1
0
1
2-2
3
4
Fransa
0
0
0
0
0-0
0
5
İsveçrə
0
0
0
0
0-0
0
6
Slovakiya

1

0

0

1

1-2

0