Xəbər lenti

Azərbaycan yığması inanılmazı bacardı
İdman06:10 18.10.2017

Azərbaycan yığması inanılmazı bacardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının cari seçmə mərhələsində bütün qruplarda oyunlara yekun vurulmamasına baxmayaraq, Azərbaycan millisi elit-raunda vəsiqə qazanıb. 

"Qaynarinfo" xəbər verir ki, bu barədə AFFA dünən keçirilən oyunlardan sonra UEFA-nın rəsmi saytına istinadən məlumat yayıb.

Qeyd edək ki, U-17 yığmamız Avropa çempionatının Bakıda keçirilən seçmə oyunlarında cəmi 1 xal toplayb. Komandanın tur adlaması gözlənilməz olub. Çünki ilk iki yerlə qarşılaşmalarda xal toplamayan yığmamızın ən yaxşı 3-cü yerin sahibi olması inandırıcı deyildi. Yığmamız İslandiyaya 0:2, İspaniyaya 0:3 uduzub və Monteneqro ilə bərabərə qalıb – 1:1.

Qaynarinfo.Az