21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi komandası bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu matçını keçirəcək.
Qaynarinfo xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda səfərdə İsveçrə ilə üz-üzə gələcək.
İsveçli Kasper Syiberqin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Azərbaycan yığması 9 oyuna 6 xal toplaya bilib və hazırda 5-ci pillədə qərarlaşıb. Meydan sahibləri isə 8 oyuna maksimum nəticə ilə liderdir.
2-ci qrupun digər matçında Gürcüstan Slovakiya ilə, Lixtenşteyn isə Fransa ilə qarşılaşacaq.
AVRO-2021
Seçmə mərhələ
2-ci qrup
12 noyabr
22.00 İsveçrə - Azərbaycan
Baş hakim: Kaspar Syiberq (İsveç).
Tyun. "Tyun Arena”.