Xəbər lenti

Azərbaycan yığmasının hücumçusu "Trabzonspor"dan ayrıldı
İdman05:29 29.06.2018

Azərbaycan yığmasının hücumçusu "Trabzonspor"dan ayrıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev Türkiyənin "Trabzonspor" klubunun son məşqinə qatılmayıb.
Qaynarinfo-nun report-a istinadən verdiyi məlumata görə, 22 yaşlı hücumçu "zoğalı-mavilər"in düşərgəsini tərk edib. Ona transfer danışıqları aparması üçün icazə verilib. Lakin gənc forvardın hansı klubla görüşəcəyi açıqlanmır.
Qeyd edək ki, bir müddət əvvəl Ramil Şeydayevin Avstriya Bundesliqasında çıxış edən "Mattersburq"a keçəcəyi xəbərləri yayılıb. Şeydayev ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib.