
Vyana məhkəməsi cüdo üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Peter Zayzenbaxerlə bağlı qərarını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, ikiqat Olimpiya çempionunun həbsinə qərar verilib.
Pedofillikdə günahlandırılan 56 yaşlı mütəxəssis haqda artıq beynəlxalq axtarış elan olunub. Buna səbəb Zayzenbaxerin məhkəmə proseslərinə gəlməməyi və istintaqdan gizlənməsidi.
Qeyd edək ki, Peter Zayzenbaxer 2 uşağı - 11 və 13 yaşlı yetirmələri zorlamaqda ittiham olunur.
O, 1990-cı ilin sonlarında 2000-ci ilin əvvəllərində törətdiyi əməllərə görə indi cavab verməli olub.
Qaynarinfo.Az