Xəbər lenti

Azərbaycana bahalı maşınlar gətirən TIR aşdı - VİDEO
Ölkə12:00 21.08.2014

Azərbaycana bahalı maşınlar gətirən TIR aşdı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bahalı avtomobillərin hamısı yararsız vəziyyətə düşüb.

Türkiyədən Azərbaycana gətirilən bahalı avtomobillər yarıyolda qalıb.

Qaynar.info-nun ANS PRESS-ə istinadən məlumatına görə, Kocaeli ərazisində hərəkət edən 06 AV 0257 nömrə nişanlı TIR çevrilib.

Qəza zamanı Musa Arabacının idarəçiliyilə Azərbaycana gətirilən 7 ədəd avtomobil TIR-ın üstündən yerə aşıb.

Kıran Məhəlləsində baş verən qəzada sürücü xəsarət almasa da, bahalı avtomobillərin hamısı yararsız vəziyyətə düşüb.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub. Yola dağılan avtomobillər və onların hissələrinin təmizlənməsinə başlanılıb.

Qaynar.info