Xəbər lenti

Azərbaycana gələcək 15 futbol komandası bəllidir - SİYAHI
İdman04:56 04.04.2016

Azərbaycana gələcək 15 futbol komandası bəllidir - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mayın 5-dən 21-dək Bakıda keçiriləcək UEFA U-17 Avropa çempionatında çıxış edəcək 16 komanda müəyyənləşib.

Qaynar.info xəbər verir ki, dünən elit mərhələdə VI qrupun oyunlarının başa çatması ilə Azərbaycana gələcək 15 komandanın tam siyahısına aydınlıq gəlib.

Beləliklə, paytaxtımıza bu komandalar gələcək: Danimarka, Şotlandiya, Ukrayna, İngiltərə, İtaliya, Bosniya və Herseqovina, Almaniya, Hollandiya, Portuqaliya, İsveç, Fransa, Avstriya, Serbiya, Belçika, İspaniya.

Qeyd edək ki, qrupu 2-ci yerdə bitirənlərdən yalnız Polşanın bəxti gətirməyib. Bu komanda qrup 2-ciləri arasında ən zəif nəticə göstərəni olub deyə Avropa çempionatına vəsiqə qazana bilməyib. Qonşularımız - Türkiyə, Rusiya və Gürcüstan isə elit mərhələdə iştirak etsələr də, Azərbaycana gəlmək onlara qismət olmayıb.

Qaynar.info