Xəbər lenti

Azərbaycana il ərzində gələn turistlərin sayı nə qədər olacaq?
Ekonomiks13:50 18.12.2022

Azərbaycana il ərzində gələn turistlərin sayı nə qədər olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu ilin sonuna Azərbaycana gələn turistlərin sayının 1,5 milyonu keçəcəyini gözləyirik.
Bunu Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə deyib
O bildirib ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycana 1,4 milyon xarici vətəndaş gəlib:
"Bu, əvvəlki illə müqayisədə 2 dəfə və ya 110 % çoxdur. Koronavirus pandemiyasından əvvəlki 2019-cu illə müqayisədə isə 2 dəfə azdır. Məqsəd turizm sektorunda pandemiyadan əvvəlki dövr göstəricilərini üstələməkdir.
Yaxın 4 ildə əsas məqsədimiz turist axınını 4 milyon insana çatdırmaqdır”.//Report.az