Xəbər lenti

Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib?
Ekonomiks10:50 25.02.2025

Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən il ərzində Azərbaycana xarici ölkələrdən 439 milyon 952,7 min dollar dəyərində 1 milyon 509 min 802 ədəd smartfon gətirilib.
Əvvəlki illə müqayisədə ötən il idxal edilən smartfonların miqdarı 19,2% və ya 242 min 763 ədəd artıb.
Məlumat üçün qeyd edək ki, ötən il idxal olunan smartfonların dəyəri əvvəlki illə müqayisədə 10,5% bahalanıb. Belə ki, idxal olunan smartfonların 1 ədədinin orta gömrük dəyəri ötən il 291 dollar (495 manat) olduğu halda, 2023-cü ildə 264 dollar (448 manat) olub.
Azərbaycana smartfonlar ən çox Çindən gətirib. Bu ölkədən Azərbaycana ötən il 1 milyon 200 min 754 ədəd smartfon idxal olunub. Ən az smartfon isə Kanadadan gətirilib. Ötən il ərzində Kanadadan cəmi 2 smartfon idxal edilib.
Ötən il idxal edilən smartfonların ölkələr üzrə miqdarı və 1 ədədinin orta gömrük dəyəri (ölkəyə giriş qiyməti) aşağıdakı kimi olub:
Çin – 1 200 754 ədəd (280 dollar);
Vyetnam – 229 799 ədəd (343 dollar);
Hindistan – 74 658 ədəd (265 dollar);
ABŞ – 3 225 ədəd (1 132 dollar);
Birləşmiş Ərəb Əmirlikləri – 416 ədəd (504 dollar);
Yaponiya – 321 ədəd (1 056 dollar);
İndoneziya – 195 ədəd (238 dollar);
Koreya – 117 ədəd (1 034 dollar);
Ukrayna – 108 ədəd (1 127 dollar);
Sinqapur – 59 ədəd (1 116 dollar);
Yamayka – 43 ədəd (1 020 dollar);
Tailand – 40 ədəd (633 dollar);
Fransa – 26 ədəd (466 dollar);
Malayziya – 17 ədəd (1 526 dollar);
Almaniya – 11 ədəd (1 838 dollar);
Qətər – 6 ədəd (875 dollar);
Avstriya – 5 ədəd (880 dollar);
Kanada – 2 ədəd (1 135 dollar).
Mənbə: Yeniavaz.com