Xəbər lenti

Azərbaycana yeni avtobuslar gətirildi
Ekonomiks07:14 01.04.2014

Azərbaycana yeni avtobuslar gətirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir avtobusun qiyməti təxminən 82 min manat təşkil edir.

Bakı şəhəri ərazisində sərnişindaşıma xidmətlərinin göstərilməsi üçün Cənubi Koreya istehsalı olan daha 20 ədəd yeni avtobus Azərbaycana gətirilib.

Qaynar.info APA-ya istinadən xəbər verir ki, “Daewoo” markalı olan bu avtobuslar 24 sərnişin üçün nəzərdə tutulub.

Fərdi sahibkara məxsus yeni avtobuslar istilik sistemi ilə təchiz olunub. Bu modeldən olan bir avtobusun qiyməti təxminən 82 min manat təşkil edir.

Qeyd edək ki, ümumilikdə ilin əvvəlində paytaxta artıq 40 ədəd belə yeni avtobuslar gətirilib.

Qaynar.info