Xəbər lenti

Azərbaycana yenidən tramvay gəlir - GƏNCƏDƏ
Ölkə10:41 20.11.2013

Azərbaycana yenidən tramvay gəlir - GƏNCƏDƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gəncədə  Şəhər İcra Hakimiyyətində çəkiləcək tramvay xətlərinin   ictimaiyyətə təqdimat mərasimi keçirilib. 

Qaynar.info xəbər verir ki, tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin Başcısı Elmar Vəliyev, Fransada fəaliyyət göstərən NEWTL şirkətinin  Kommerasiya direktoru Jan Fğansuq Ağjans, şirkətin region üzrə kommerasiya direktoru Anna Samsonova, beynəlxalq layihələr üzrə kommerasiya direktoru Lorant Ozel, layihələrin yekunları üzrə direktoru Paskal Gessat və Gəncə şəhər ictimaiyyətinin ziyalıları iştirak edib. Tədbiri Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açıq elan edərək qonaqları şəhərdə görməkdən məmnunluq duyduğunu bildirib. 

Daha sonra xarici qonaqlar mövzu ətrafında öz fikirlərini ifadə ediblər. Tədbir boyu çıxış edən natiqlər layihəni haqda içtimaiyyətə məlumat veriblər. Onlar tramvay yolunun  Gəncənin dörd istiqamətini əhatə edəcəyini, 3 tramvay marşrut xəttinin işə salınacağını və ilk olaraq tramvay xəttinin 15 kilometr uzunluğunda olacağını bildiriblər.

Tədbirin sonunda tramvay yolunun çəkilməsinə dair  Gəncə şəhər İcra Hakimiyyəti və NEWTL şirkəti arasında  memorandum imzalanıb. 

Qeyd edək ki, şəhərimizdə fəaliyyət göstərəcək tramvayın hərəkət etdiyi marşrut üzrə 12 dayanacaq quraşdırılacaq. Hər dayanacaqda gəlib-getmə qrafiki elektron tabloda əks olunacaq.  Təcili Tibbi Yardım Xəstəxanasından dəmiryol vağzalına qədər olacaq  Tramvay maşurtu üzrə velosiped yolları da insa olunacaq.  

Qaynar.info