Xəbər lenti

Azərbaycanda 1-5 manata, Avropada 40 manata satılır
Ekonomiks05:18 28.07.2017

Azərbaycanda 1-5 manata, Avropada 40 manata satılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda kiloqramı daha çox 1 - 5 manat qiymətlərə satılan gilas, Avropada 40 manatdan alıcı tapır. 

Azərbaycan fermerləri hələ də gilasdan yaxşı gəlir götürə bilmirlər. Amma onların türkiyəli həmkarları bunu bacarıblar

"Qaynarinfo" marja-ya istinadla xəbər verir ki, Türkiyənin Karaman  bölgəsində Toros dağları üzərində yer alan Sarıvelliler rayonunda istehsal olunan birinci keyfiyyət gilasın hamısı xaricə göndərilir.

Rayonun Bələdiyyə sədri Samur: "Bir çox yerdə gilasın yığılmasının sona çatmasına baxmayaraq, bizdə məhsulun toplanması davam edir. Rayonumuzda istehsal edilən gilasın Avropada kilosu təxminən 20 avrodan (40 manata) satılır. İstehsal olunan albalı birinci sortdur. Daxili bazara heç satılmır, hamısı Avropa ölkələrinə gedir. Orada da iqtisadi vəziyyəti yaxşı olan insanlar tərəfindən istehlak edilir".

Qaynarinfo.Az