Xəbər lenti

Azərbaycanda 1000 kişiyə 1011 qadın düşür
Ölkə19:10 16.06.2014

Azərbaycanda 1000 kişiyə 1011 qadın düşür

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan əhalisinin sayı bu ilin əvvəlindən 34 min nəfər artaraq 9 511 min nəfərə çatıb.

Dövlət Statistika Komitəsi bildirib ki,ölkədə 53,6 min körpə doğulub və maraqlısı budur ki, doğulanların 53,6 faizini oğlanlar, 46,4 faizi qızlar təşkil edib.

Son illər urbanizasiya problemi daha da artıb, belə ki, əhalinin ümumi sayının 53,2 faizi şəhər, 46,8 faizi kənd sakinləridir.

Sosioloqlar isə hesab edirlər ki, bu gələcəkdə ölkənin sosial-iqtisadi inkişafında xüsusilə də kənd təsərrüfatında ciddi problemlər yarada bilər (ANS).