Xəbər lenti

Azərbaycanda 15 yaşlı qız qaçırıldı
Ölkə13:55 02.05.2013

Azərbaycanda 15 yaşlı qız qaçırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yetkinlik yaşına çatmayan qıza qarşı seksual xarakterli hərəkətlər olub.

Bakıdan evlənmək adı ilə Gəncəyə qaçırılan azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edilib. Gəncə şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, apreli 30-da Bakı şəhər sakini Q. Mirzəyev Gəncə şəhər Baş Polis İdarəsinə müraciət edərək, azyaşlı qızı, 1998-ci il təvəllüdlü S.Mirzəyevanın qaçırıldığını bildirib. 

Aparılan araşdırma zamanı məlum olub ki, 15 yaşlı yeniyetmə qız öz razılığı ilə Goranboy rayon sakini, 21 yaşlı S. Həsənov tərəfindən evlənmək məqsədi ilə qaçırılıb. 

Gəncədə tanımadıqları evdə gecəni keçirən S.Həsənov yetkinlik yaşına çatmayan S. Mirzəyevaya qarşı seksual xarakterli hərəkətlər edib. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində təhqiqat aparılır.

Qaynar.info