Xəbər lenti

Azərbaycanda 17 yaşlı gəncin başı durmadan böyüyür -FOTOLAR
Ölkə09:01 13.09.2013

Azərbaycanda 17 yaşlı gəncin başı durmadan böyüyür -FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəlilabad rayonunda yaşayan 17 yaşlı Emil Mirzəyev çox nadir xəstəlik olan hidrosefaliyadan əziyyət çəkir.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, onun beynində sürətli böyümə gedir. E.Mirzəyevin pataloji əlaməti doğulan zaman aldığı travmadan sonra başlayıb. Emilin atası İmran Mirzəyevin sözlərinə görə, mütəmadi müalicə olunması onun başında anormal inkişafın qismən də olsa qarşısını alıb.

"Əvvəllər uşağın başı bundan da böyük idi. Onun uşaqlıq papaqları yekə idi. Müalicələrin təsirindən sonra başı yavaş-yavaş kiçilməyə başladı.”, - deyə İ. Mirzəyev bildirib.

İ.Mirzəyevin sözlərinə görə, 17 ildir bu xəstəlikdən əziyyət çəkən Emil Mirzəyevin səhhətində son zamanlar xəstəliyin təsirindən müəyyən narahatlıqlar yaranmağa başlayıb.

“Son vaxtlar baş ağrıları, halsızlıq olur. Həkimlər Emilə televizor və kompüterə baxmağı, eləcə də, zehni işlərlə məşğul olmağı tamamilə qadağan edib. Ona duzsuz yeməklər tövsiyə olunub”, - deyə İ. Mirzəyev vurğulayıb.

Başının diametri 70 sm-ə çatan 17 yaşlı gəncin əziyyət çəkdiyi xəstəliyin müalicəsi xaricdə əməliyyat yolu ilə mümkündür. Lakin ailənin indiki maddi durumu buna imkan vermir. Emil isə heç də xəstəliyə təslim olmaq istəmir. Hər gün bacardığı qədər həyatda daha aktiv olmağa çalışır.

Qaynar.info