
Azərbaycanda 18 nəfərə "Atatürk" adı verilib.
Qaynar.info-nun məlumatına görə, Nazirlər Kabinetinin Terminalogiya Komissiyasının sədri Sayalı Sadıqova bu adların ölkədə Atatürkə olan sevgidən yararlandığını bildirib.
Sadıqova Türkiyədə Atatürk adının qoyulması qadağan olduğu üçün Azərbaycanda da bununla bağlı araşdırma aparacaqlarını da deyib. Onun sözlərinə görə, hazırda azərbaycanlı uşaqlara adların qoyulması üçün 8 min addan ibarət siyahı hazırlanıb və təsdiq edilməsi üçün Milli Məclisə göndərilib.
Komissiya sədrinin sözlərinə görə, "Qadağan olunmuş adlar arasında Atatürk də olacaq. Bundan sonra Atatürk adının qoyulmasına icazə verməyəcəyik. Atatürk tarixi bir şəxsiyyətdir və bu ad sadəcə ona məxsus olmalıdır" deyib.
Qaynar.info