Xəbər lenti

Azərbaycanda 200 manatlıq əskinasların dövriyyədə olan həcmi açıqlandı
Ekonomiks12:32 12.12.2018

Azərbaycanda 200 manatlıq əskinasların dövriyyədə olan həcmi açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Mərkəzi Bankı bu il noyabrın 24-dən tədavülə buraxdığı 200 manatlıq əskinasların dövriyyədə olan həcmini açıqlayıb.
Qurumdan "Report”un sorğusuna cavab olaraq bildirilib ki, qısa müddət ərzində tədavülə buraxılmasına baxmayaraq, 200 manatlıq pul nişanları artım tempinə görə beynəlxalq təcrübə ilə müqayisədə adekvat səviyyədədir və dövriyyədə olan nağd pul kütləsinini 3%-ni (200 mln. manat) təşkil edir.
Hazırda tədavüldə 200 manatlıq pul nişanları stabil templə artır.