Xəbər lenti

Azərbaycanda 3 aylıq hamilə gəlini bu hala saldılar - FOTOLAR
Ölkə06:39 06.08.2013

Azərbaycanda 3 aylıq hamilə gəlini bu hala saldılar - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda 3 aylıq hamilə gəlin qaynanası və əri tərəfindən vəhşicəsinə döyülüb. 

Azadqadın.az saytının məlumatına görə, cənub bölgəsindən olan və adının hallanmasını istəməyən qadın qaynanası və ərinin ona qayçı və digər kəsici alətlərlə xəsarət yetirdiyini deyib. 

Onun sözlərinə görə, hər dəfə əri evə gələndə baldızı və qaynanası gəlinin onlara cavab qaytardığını, sözə qulaq asmadığını söyləyirlər. Bacısı və anasının sözlərinə inanan əri də ona qayçı və müxtəlif dəsici alətlərlə müxtəlif bədən xəsarətləri yetirib. İşgəncələrə məruz qalan qadın dəfələrlə valideynlərinə bu haqda məlumat versə də, "El-oba nə deyər, boşana bilməzsən. Döz otur" deyə onu ər evinə yola salıblar. 

Hazırda 3 aylıq hamilə qadına qarşı işgəncələr davam edir. 

Qaynar.info