Dünən Azərbaycanda 3 nəfər dəm qazından zəhərlənərək ölüb.
Qaynar.info Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 27-də Nərimanov rayonunda yaşayan Roman Quliyev, Xətai rayon sakini Xatirə Babayeva, Şamaxı rayonu Əngəxaran kənd sakini Arəstə Qurbanova mənzillərində dəm qazından zəhərlənərək ölüblər.
Hər üç fakt üzrə araşdırma aparılır. Bundan əlavə, dekabrın 27-də Sumqayıt şəhərində yaşayan Samirə Abbasova və Yeganə Quliyeva mənzillərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.