Bu ilin yanvar-iyul aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 237,8 milyon manat kredit verilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) məlumat yayıb.
Qeyd edilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 % azdır.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 20,8 % azalaraq 204,1 milyon manat olub.
İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 18,9 % azalaraq 300 milyon manata düşüb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 33,4 % artaraq 63,9 milyon manata çatıb.
Şərhlər