Ağdamın Eyvazlı kəndi yaxınlığında qazıntı işləri aparan arexeoloqlar Qafqazın ən erkən oturaq maldar əkinçi tayfalarına məxsus yaşayış məskəni aşkarlayıblar.
El televiziyasının məlumatına görə, İsmayılbəy təpəsində olan yaşayış məskəninin yeddi min il yaşı var. Bir hektar ərazini əhatə edən qədim yaşayış məskəni beş mədəni təbəqədən ibarətdir. Bu da arxeoloqların Ağdamın işğal olunmayan ərazilərində son iki ildə aşkarladığı sayca 62-ci qədim yaşayış məskənidir.
Arxeoloqlar hesab edirlər ki, neolit dövrünə aid olan tarixi abidəni tədqiq etməklə, dünya arxeoloqları həm ən qədim insanların əkinçilik mədəniyyətinə keçid dövrünü, həm də xalqımızın genetik, xronoloji və maddi mədəni həyatını öyrənə biləcəklər.
Qaynar.info