Xəbər lenti

Azərbaycanda 79 yaşlı kişi arvadını döyə-döyə öldürdü
Ölkə07:12 28.12.2013

Azərbaycanda 79 yaşlı kişi arvadını döyə-döyə öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın Yevlax rayonunda dəhşətli qətl törədilib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Nemətabad kəndində qeydə alınıb. Kənd sakini, 1934-cü il təvəllüdlü Əziz Əsədov həyat yoldaşı Rəfiqə Əhmədovanı küt alətlə döyərək qətlə yetirib.
 
Hadisəni törədən Ə. Əsədov saxlanılıb.
 
Faktla bağlı Yevlax Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Qaynar.info