Bu gün günorta saatlarında Quba rayonunda ailə faciəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1972-ci il təvəllüdlü Babayev Veysəl Şıxı oğlu həyat yoldaşı, 1965-ci il təvəllüdlü Mehdiyeva Sevda Camal qızını ov tüfəngi ilə qətl yetirib.
Daha sonra V. Babayev özünü də ov tüfəngi ilə vuraraq intihar edib.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.