
Sumqayıtda baş verən yol qəzasında 3 nəfər ölüb.
Qaynar.info-nun Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 19-da saat 00.30 radələrində Sumqayıt şəhəri ərazisində, şəhər sakini Mövsüm Ataxanzadənin idarə etdiyi "QAZ-3110" və Bakı şəhər sakini Vitali Sarayevin idarə etdiyi "Toyota RAV-4" markalı avtomaşınlar toqquşub.
Nəticədə M. Ataxanzadənin sərnişinləri Şükür Əliyev, Cavid Quliyev və 45-50 yaşlı kişi hadisə yerində ölüb.
M. Ataxanzadə və V. Sarayev isə xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.
Qaynar.info