Xəbər lenti

Azərbaycanda ağır yol qəzası: 3 ölü, 3 yaralı - VİDEO
Ölkə07:39 02.06.2014

Azərbaycanda ağır yol qəzası: 3 ölü, 3 yaralı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı-Qazax yolunda baş verən yol qəzasında ölənlərin və yaralananların adları açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, ötən gün Bakı-Qazax yolunun Ucar rayonunda keçən hissəsində baş verən ağır yol qəzasında Ucar rayon sakinləri Vüqar Şirinov hadisə yerində, 1978-ci il təvəllüdü İman Maqsud oğlu Məmmədov və Şamaxı rayon sakini, 1947-ci il təvəllüdlü Emin Mikayılov isə xəstəxanada dünyasını dəyişib.

Qəza nəticəsində Kürdəmir rayon sakini, 46 yaşlı Xatirə Atakişiyeva, 49 yaşlı Əfqan Atakişiyev və Ucar rayon sakini, 28 yaşlı Səbuhi Məmmədov müxtəlif xəsarətlər alaraq, xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.  

Qaynar.info