
Azərbaycan Milli Elmlər Akademiyasında oktyabrın 1-dən etibarən dəyişiklik olacaq.
Azərbaycan MEA-nın əməkdaşlarının Movqe.az-a verdikləri məlumata görə, Akademiyanın yeni prezidenti Akif Əlizadə işçilərin MEA-ya neçədə gəlib-getdiklərinə nəzarət etmək üçün kart sistemini tətbiq etmək qərarı verib. MEA-nın əməkdaşlarının sözlərinə görə, prezidentin kart sisteminin tətbiqi işçilər tərəfindən narazılıqla qarşılanıb: "Elm adamını səhər saat 9-dan saat 6-ya dək MEA-da saxlamaq nə dərəcədə düzgündür? Kompyuter yox, şərait yox. Bizi ora yığıb nə edəcəklər axşama kimi anlamırıq? Əvvəl həftənib cüt günləri evdə qalırdıq elmlə məşğul olmaq üçün. İni deyirlər bu qayda da ləğv olunur. Bəs biz elmi araşdırmalarımızı necə aparaq?
MEA-dan da xəbəri Movqe.az-a təsdiqləyiblər. MEA yanında İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi Rəşid Ələkbərov Movqe.az-a açıqlamasında bildirib ki, MEA-da yaradılan sistem buraxılış qeydiyyat sistemi adlanır: "Bu sistemin yaradılmasında məqsəd əmək əmsalının yüksəldilməsidir. MEA-nın Rəyasət Heyyətinin binasında artıq sistemin qurulması işləri demək olar ki, başa çatıb. Texniki avadanlıqlar, proqram təminatı məsələləri həll edilib. Kart sistemi üçün turniketlər quraşdırılıb”.
R. Ələkbərov yeni buraxılış qeydiyyat sistemi üçün kartların MEA-nın Rəyasət Heyyətinin və MEA-nın tərkibindəki İnstututların,40-a yaxın təkilatların rəhbər şəxslərinə paylanılacağını söyləyib. Onun sözlərinə görə, MEA-ya gələn qonaqlara isə qonaq kartları veriləcək: "Akademiya onların şəkilləri toplanır kartların hazırlanması istiqamətində işlər gedir”.
E. Ələkbərovun sözlərinə görə, MEA-da quraşdırılacaq qeydiyyat sisteminin bir sıra üstünlükləri var: "Qeydiyyat sisteimi işə gecikənlərin qeydiyyatını aparacaq. Qeydiyyat sistemi elə qurulub ki, işə gecikənlərin neçə müddətə işə gecikdikləri sistemdə qeydiyyata alınacaq. İşə gecikmələr buraxılış sisteminin verilənlərin bazasında qeydiyyata salınır növbəti günün səhəri rəhbərliyə təqdim olunur. Bu sistemin ən böyük üstünlüyü yayınmaların da qeydiyyatını aparmasıdır. Yəni gün ərzində MEA-nın əməkdaşlarının işə gəldikdən sonra hansı müddətə hara getdikləri sistemdə qeydiyyata alınacaq”.
Baş mühəndis deyir ki, bu sistem işə düşdükdən sonra MEA-da icazələr də elektron şəkildə veriləcək. Belə ki, icazələrin verilməsi üçün icazə istəyən şəxs elektron poçt vasitəsilə buraxılış qeydiyyat sisteminə müraciət ediləcək. Şöbə müdirləri hansı işçilərinə icazə verirlərsə iki saat müddətində bu barədə sistemə məlumat ötürməlidirlər. Belə halda icazəli işçinin işə gec gəlməsi yayınma kimi qeydə alınmayacaq.