
Son zamanlar doğuş zamanı ana və uşaq ölümü hallarının artması cəmiyyətdə ciddi narahatlıq doğurub.
Artıq “Facebook” sosial şəbəkəsində ana və uşaq ölümünə etiraz olaraq kampaniya başladılıb. Bir sıra qeyri hökümət təşkilatı rəhbərləri, hüquqmüdafiəçiləri və jurnalistlərin qoşulduğu kampaniya ciddi marağa səbəb olub. Kampaniya iştirakçıları təklif edirlər ki, yaxın zamanlarda ana və uşaq ölümünə etiraz olaraq “Ana olmaq istəmirik” şüarı altında aksiya keçirilsin. /Adalet.az/
Qaynar.info