Xəbər lenti

Azərbaycanda avtomobil benzininin istehsalı azaldı
Ekonomiks17:10 31.10.2022

Azərbaycanda avtomobil benzininin istehsalı azaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda avtomobil benzininin istehsalı 0,9 faiz azalıb.
Dövlət Statistika Komitəsinin hesabatında qeyd edilir ki, neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2885,9 milyon manat olmaqla, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9,1 faiz azalıb.
Yanacaq mazutunun istehsalı 2,1 dəfə, neft bitumu istehsalı 3,7 faiz artıb, avtomobil benzininin istehsalı 0,9 faiz, dizel yanacağının istehsalı 23,3 faiz, neft koksunun iste salı 30,3 faiz, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 32,7 faiz, sürtkü yağlarının istehsalı isə 36,5 faiz azalıb.