Xəbər lenti

Azərbaycanda avtomobillər ucuz qiymətə satışa çıxarılır - Bu tarixdə...
Ekonomiks 12:57 08.06.2025

Azərbaycanda avtomobillər ucuz qiymətə satışa çıxarılır - Bu tarixdə...

İyulun 1-də saat 10:00-da Bakıda keçiriləcək açıq hərracda müxtəlif dövlət qurumlarının balansında olan 13 avtomobil satışa çıxarılacaq.

Qaynarinfo-nun məlumatına görə, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunur.

Satışa çıxarılan nəqliyyat vasitələri və start qiymətləri aşağıdakı kimidir:

KHAZAR (2018-ci il) – 5 200 manat

Nissan Sunny (2009-cu il) – 6 900 manat

Hyundai Elantra (2009-cu il) – 8 900 manat

Honda Accord (2010-cu il) – 8 400 manat

Toyota Camry (2014-cü il) – 21 000 manat

Toyota Camry (2014-cü il) – 21 500 manat

BMW 730Li (2006-cı il) – 8 200 manat

Volkswagen Passat (2013-cü il) – 8 000 manat

BMW 730Li (2006-cı il) – 11 000 manat

Volkswagen Passat (2014-cü il) – 9 000 manat

Nissan Pathfinder (2000-ci il) – 5 000 manat

BMW 760Li (2006-cı il) – 12 000 manat

Lexus ES250 (2013-cü il) – 13 000 manat

Avtomobilləri almaq istəyənlər auksion.gov.az saytından ətraflı məlumat əldə edə və satışdan öncə avtomobillərlə tanış ola bilərlər.

Hərracda iştirak üçün 10% beh ödənilməli, sifarişçilər şəxsiyyətlərini təsdiqləyən sənədləri təqdim etməlidirlər. Beh Mərkəzi Bankda AZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.

Qeyd edək ki, hərracda iştirak etmək istəyənlər sifarişlərini hərracdan ən gec üç bank günü əvvəl təqdim etməlidirlər. Əlaqə üçün telefon: (012) 311-01-60 (daxili: 1758, 1709, 1706, 1705).

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->