Xəbər lenti

Azərbaycanda bazar yandı
Ölkə05:20 12.08.2014

Azərbaycanda bazar yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün səhər saatlarında Masallı rayonunda bazarda yanğın baş verib.

ANS PRESS-in verdiyi məlumata görə, hadisə Dadva məhəlləsində yerləşən inşaat materialları satışı bazarında qeydə alınıb.

Məlumat daxil olan kimi hadisə yerinə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.Yanğınsöndürənlərin səyləri nəticəsində alovun qonşu tikililərə keçməsinin qarşısı alınıb.

Çətinliklə də olsa yanğın söndürülüb.

Lakin mağaza və içindəki mallar yanaraq kül olub.

Yanğının hansı səbəbdən baş verməsi araşdırılır.

Qaynar.info