Xəbər lenti

Azərbaycanda bələdiyyələrə qadağa
Ölkə07:07 09.06.2014

Azərbaycanda bələdiyyələrə qadağa

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda bələdiyyələr muxtariyyət elanı, rayon və şəhər inzibati ərazi tərkibindən çıxmaq məqsədi daşıyan layihələri ictimai dinləməyə və ictimai müzakirəyə çıxara bilməz.

Bu Nazirlər Kabinetinin təsdiqlədiyi “Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası”nda əksini tapıb.

Bələdiyyələr  Azərbaycan Konstitusiyası və qanunvericiliyi ilə bələdiyyələrin səlahiyyətinə aid edilməmiş məsələləri, bələdiyyələrin dövlət tərəfindən müəyyən edilmiş sərhədlərini dəyişdirmək məqsədi daşıyan layihələri də ictimai dinləməyə və ictimai müzakirəyə çıxa bilməz.

Qaynar.info