Xəbər lenti

Azərbaycanda bəzi ailələrə pulsuz mənzil veriləcək
Ekonomiks09:36 13.02.2026

Azərbaycanda bəzi ailələrə pulsuz mənzil veriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Neftçala rayonunda hər biri üç otaqdan ibarət 20 mənzil alınması üçün tender elan edib.
Qaynarinfo "oxu.az"a istinadən xəbər verir ki, mənzillərin şəhid ailələri və əlilliyi olan şəxslərə verilməsi planlaşdırılıb.
Xidmət tərəfindən 20 mənzilin alınması müqabilində 1 milyon 980 min manat ödəniş edilməsi nəzərdə tutulur.