Xəbər lenti

Azərbaycanda bilyard üzrə dünya çempionatı keçirilə bilər
İdman17:10 16.01.2024

Azərbaycanda bilyard üzrə dünya çempionatı keçirilə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan bilyard idman növü üzrə dünya çempionatına ev sahibliyi edə bilər”.
Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Bilyard Federasiyasının yeni prezidenti Seymur Məmmədov məlumat verib.
Onun sözlərinə görə, yarışın bu il və ya 2025-ci ildə təşkil olunması planlaşdırılır: "Amma ortada hələ dəqiq bir şey yoxdur. Sponsorların cəlb olunması istiqamətində danışıqlar gedir. İşimiz çoxdur, lakin inanıram ki, ölkəmizdə nüfuzlu turnirlər keçirəcəyik”.