Xəbər lenti

Azərbaycanda bu evlərin inşası qadağan edildi
Ekonomiks08:04 13.12.2021

Azərbaycanda bu evlərin inşası qadağan edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda yaşayış binalarında otaqların və mətbəxin hündürlüyü 2,7 m-dən az olmamalıdır.
Qaynarinfo xəbər verir ki, bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi "Yaşayış binaları. Layihələndirmə normaları”nda öz əksini tapıb.
Bundan başqa, sənədə əsasən, mansarda mərtəbələrinin yüksək hissəsində hündürlüyü (döşəmədən tavanadək) 2,7 m-dən az olmamalıdır.
Mənzildaxili dəhlizlərin, holların, antresolların (və onların alt hissələrinin) hündürlükləri insanların hərəkətinin təhlükəsizliyini təmin etmək şərtilə 2,1 m-dən az olmamalıdır.
Həmçinin mənzillərdə yataq otaqları digər otağa keçid kimi layihələndirilməməlidir.