Xəbər lenti

Azərbaycanda bu şəxslər iş yerini özü seçəcək - Evə daha yaxın olacaq
Ölkə10:39 13.02.2025

Azərbaycanda bu şəxslər iş yerini özü seçəcək - Evə daha yaxın olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tibb müəssisələrində iş yerini evə yaxınlaşdıran yeni layihənin icrasına başlanılıb.
Qaynarinfo xəbər verir ki, Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrində çalışan tibb və qeyri-tibb işçilərinin faktiki yaşayış ünvanlarına daha yaxın ərazilərdə olan tibb müəssisələrinə iş yerinin dəyişdirilməsi imkanı veriləcək.
Layihənin ilkin mərhələsində tibb müəssisələrinin işçiləri qeydiyyatdan keçəcək, sonra isə müraciətlər TƏBİB tərəfindən dəyərləndirilərək, Bakı Baş Səhiyyə Mərkəzinə təqdim ediləcək.