Xəbər lenti

Azərbaycanda bu taksi şirkəti ləğv edilir
Ekonomiks14:26 14.08.2025

Azərbaycanda bu taksi şirkəti ləğv edilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"TESLATAXI" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv edilir.
Qaynarinfo Trend-a istinadən xəbər verir ki, bu barədə şirkət özü elan edib.
Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ4100 Laçın şəhəri, Laçın rayonu, Taxta-Körpü küçəsi ünvanına bildirə bilərlər.
Sözügedən taksi şirkəti 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 30 manat olan MMC-nin qanuni təmsilçisi Allahverdiyev Asim Akif oğludur.