Xəbər lenti

Azərbaycanda cəmi 2 rayonda yeni iş yeri açılmayıb
Ekonomiks09:27 09.09.2024

Azərbaycanda cəmi 2 rayonda yeni iş yeri açılmayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu ilin ilk yarısında Azərbaycanda 45 min 409 yeni iş yeri açılıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yeni iş yerlərinin 79,4%-i və ya 36 min 58-i paytaxt Bakının payına düşüb.
Qeyd edək ki, bu ilin ilk yarısında cəmi 2 rayonda – Culfa və Ordubad rayonlarında yeni iş yeri açılmayıb. Şahbuz rayonunda isə 1 yeni iş yeri açılıb.
Onu da bildirək ki, Bakıdan sonra ən çox yeni iş yerinin açıldığı 5 şəhər və rayon aşağıdakılar olub:
Abşeron rayonu – 1 163
Sumqayıt şəhəri – 974
Gəncə şəhəri – 674
Naxçıvan şəhəri – 660
Şirvan şəhəri – 553