
İngiltərənin "Vest Hem" klubu 4 gün əvvəl 17 yaşını qeyd etmiş Dominquş Kina ilə müqavilə bağlayıb.
Qaynarinfo.Az xəbər verir ki, Portuqaliyanın 18 yaşadək yığmasının (U-18) Qvineya-Bisaulu futbolçusu karyerasının ilk peşəkar müqaviləsini London klubunda imzalayıb. O hələ yayda "Vest Hem"lə ilkin olaraq 2 illik müqaviləyə razılaşıb.
Kina daha çox "Lester"in U-23 komandasına uzaq məsafədən vurduğu qolla diqqətləri özünə cəlb edə bilib. "Vest Hem"in U-23 komandasında özünü yaxşı tərəfdən göstərdikdən sonra onunla 2019-cu ilədək müqavilə bağlanılıb.
Qeyd edək ki, "Vest Hem"dən əvvəl "Benfika" və "Çelsi"nin akademiyalarında oynamış hücumameyilli yarımmüdafiəçi mayda Bakıda keçirilmiş U-17-lər arasında Avropa çempionatında Portuqaliya millisi ilə qalib olub.
Qaynarinfo.Az