Xəbər lenti

Azərbaycanda daha bir ağır qəza: 4 ölü, 1 yaralı
Ölkə12:43 08.07.2014

Azərbaycanda daha bir ağır qəza: 4 ölü, 1 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şəkidə ağır yol qəzası baş verib. 

APA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə Şəki-Qax yolunun 20-ci kilometrliyində, rayonun Baş Layskı kəndi ərazisində qeydə alınıb.

Şəki rayon sakini, 1967-ci il təvəllüdlü Bəhram Bayram oğlu Bayramovun idarə etdiyi “VAZ-2107” markalı, 22 BA 819 dövlət nömrə nişanlı avtomobil Şəki rayon sakini, 1981-ci il təvəllüdlü Səxavət Əli oğlu Məmmədhəsənovun idarə etdiyi “VAZ-2106” markalı, 10 XK 534 dövlət nömrə nişanlı avtomobillə toqquşub. 

Nəticədə “VAZ-2106”-nın sürücüsü və sərnişinləri, Şəki rayon sakinləri - 1983-cü il təvəllüdlü Abdurəhmanov Sadiq Akif oğlu, 1984-cü il təvəllüdlü Yusifov Ruslan Mixail oğlu, həmçinin “VAZ-2107”-nin sərnişini, 1985-ci il təvəllüdlü Əbdürrəhmanov Xəyal Ağası oğlu aldıqları xəsarətdən hadisə yerindəcə keçiniblər. “VAZ-2107”-nin sürücüsü Bayramov Bəhram Bayram oğlu isə xəsarətlə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qaynar.info