
Geniş tamaşaçı auditoriyasının hər yeni bölümünü səbirsizliklə gözlədiyi “Məhkumlar” serialının 27-ci seriyası da intriqa və həyacan dolu situasiyalarla zəngindir. Qaynar.info xəbər verir ki, həmişə olduğu kimi bu hissədə də hadisələr dinamik və gərgin şəkildə davam edir.
Zərintacla bacısı qızı Şəbnəm arasında atası Zər Şahmarla bağlı mübahisə düşür. Mübahisə zəminində bacısı Tunzaləni müdafiə edən Zərintac ağlasığmaz bir sirrin üstünü açır.
O, Şəbnəmə Fazil kimi tanıdığı şəxsin məhz atası Şahmar olduğunu bəyan edir. Şəbnəm inanmaq istəmədiyi bu qəfil xəbərdən şoka düşür. Bu məqamda Şahmar Zərintaca zəng edir. Zərintacla görüşən Şahmar onun qarşısında Adilin gələcək taleyiylə əlaqədar şərt qoyur.
Paralel olaraq öz atasının ölüm işini də araşdıran müstəntiq Rüstəm bir sıra sübutlar əldə etdiyi üçün Adillə sonda kəskin bir mübahisəyə çevrilən gərgin bir söhbət edir. Bu zaman həbsxananın bir addımlığında dayanan Adilə zəng gəlir, ona Solmazın ağır vəziyyətdə xəstəxanaya aparıldığını bildirirlər...
Bütün bu hadisələrin necə cərəyan etdiyini bilmək istəyirsinizsə, “Məhkumlar” bədii televiziya serialının 27-ci hissəsini bu axşam saat 19.15-də ATV kanalında izləməyi unutmayın.
Qaynar.info