Xəbər lenti

Azərbaycanda daha iki bank müflis elan edildi
Ekonomiks11:00 17.08.2016

Azərbaycanda daha iki bank müflis elan edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) lisenziyası ləğv edilmiş "Atrabank" və "Qafqaz İnkişaf Bankı" ASC-lərin ləğvedicisi elan edilib. Qaynarinfo.Az xəbər verir ki, bu barədə Fondun yaydığöı məlumatda bildirilir.
Məlumata görə, bununla bağlı qərar 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən ötən gün qəbul edilib. Söhbət 2-1(81)-1594/2016 saylı Qərardaddan gedir. Bununla da hər iki bank rəsmən müflis elan edilib.
Qaynarinfo.Az