Xəbər lenti

Azərbaycanda dəhşətli qəza: 2 nəfər öldü, 6 nəfər yaralandı
Ölkə15:11 02.05.2018

Azərbaycanda dəhşətli qəza: 2 nəfər öldü, 6 nəfər yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, qəza rayonun Xanqərvənd kənd yolunda qeydə alınıb.  
Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Yaralılar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan ikisi azyaşlıdır. 
Ölən və yaralananların şəxsiyyətləri dəqiqləşdirilir. 
Faktla bağlı araşdırma aparılır.